Qarpızla yemiş niyə tutmur?

post-img

Həkimlər insanlara qarpızla yemişin bir yerdə deyil,  ayrılıqda yeyilməsini tövsiyə edirlər. Çünki bu 2 bostan məhsulu yüksək qlikemik indeksə malikdir, ağır şəkərin miqdarı çoxdur. 


Qarpız və yemiş ayrı-ayrılıqda bir-iki dilim yeyildikdə belə, qanda şəkər çox yüksəlir. Təsəvvür edin, eyni vaxtda 2 şəkərli meyvə qana qlükoza sıçradır. Bu, həm insulin dirənçi, şəkəri, həm də piylənməsi olanlara böyük zərbədir.
Qarpızla yemişin böyrəklərə təsiri də fərqlidir. Qarpız daha çox sidikqovucudur.
Kəskin qastrit və pankreatiti, böyrək, öd daşları olanlara da bu 2 meyvəni eyni vaxtda yemək olmaz.
Hamilələr gündə hərəsindən ayrı-ayrılıqda bir dilim yeyə bilərlər. Qarpızla yemişin güclü allergik təsiri ola bilər. Allergiyası olanlar buna diqqət etsinlər.

Z.HÜSEYNLİ, “Xalq qəzeti”

Sosial həyat