MEK-də Mikayıl Müşfiqin doğum günü münasibətilə sərgi açılıb

post-img

İyunun 5-i XX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mikayıl Müşfiqin doğum günüdür. Bu münasibətlə AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) sərgi təşkil edilib.

Sərgidə şairin yaradıcılığını əhatə edən nəşrlər təqdim olunub. Bunların sırasında “Seçilmiş əsərləri”, “Mikayıl Müşfiq. Biblioqrafiya”, “Əbədiyyət nəğməsi”, “Müşfiq və folklor”, “Müşfiqli günlərim”, “Üç budaq” və digərləri var.

Kitablarda ölməz şairin müxtəlif illərdə yazdığı əsərləri, tərcümələri yer alıb.

Mədəniyyət