Milli Kitabxanada “Elçin – 80” adlı daycest onlayn rejimdə istifadəçilərə təqdim olunub

post-img

Milli Kitabxananın əməkdaşları tərəfindən “Elçin – 80” adlı daycest hazırlanıb.

Kitabxanadan bildirilib ki, təqdim olunan daycestdə Elçinlə bağlı 2019-2023-cü illərdə dövri mətbuat səhifələrində dərc edilmiş məqalələr toplanaraq seçmə yolu ilə istifadəçilərin diqqətinə təqdim olunub. Daycestdə məqalələr illər üzrə, daxildə isə əlifba ardıcıllığı ilə verilib.

Daycestlə tanış olmaq istəyənlər http://anl.az/down/Elcin80.daycest.pdf linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, görkəmli Xalq yazıçısı Elçin çoxcəhətli yaradıcılıq fəaliyyətinin ölkəmizin elmi-ədəbi və ictimai mühitində özünəməxsus yeri və mövqeyi vardır. Elçin ən yeni dövr Azərbaycan bədii nəsrinin, keçid dövrü və müstəqillik mərhələsi dramaturgiyasının və son yarım əsrdən çox ədəbi tənqidin əsas yaradıcılarından biridir.

Mədəniyyət