Vəli İsrafilov Berlində gümüş medal qazanıb

post-img

Azərbaycan Milli Paralimpiya Komitəsinin məlumatına görə, paraüzgüçümüz Vəli İsrafilov Almaniyanın paytaxtı Berlində keçirilən dünya seriyası yarışında ikinci yerə çıxıb. Belə ki, o, yarışda 200 metr məsafəyə brass üsulla üzgüçülük yarışlarında 2 dəqiqə 25.93 saniyəlik nəticə ilə gümüş medal qazanıb.

Millimizin digər üzvü Könül Süleymanova 100 metr məsafəyə arxası üstə üzmə yarışlarında 3 dəqiqə 36.77 saniyə nəticə göstərərək, dünya çempionatına lisenziya əldə edib.

Elçin AĞAMİRZƏ,
“Xalq qəzeti”

İdman