“Bu axşam dünyanın hansısa bir yerində "Qladiator”u göstərəcəklər”

post-img

Dünya şöhrətli aktyor Rassel Krou “Collider”-ə verdiyi müsahibədə Ridley Skotun çəkdiyi "Gladiator" -un  ikinci hissəsində rol alacaq aktyorlara həsəd apardığını etiraf edib.

– "Bu barədə hiss etdiyim tək şey yüngül paxıllıqdır, bilirsinizmi? Çünki mən gənc idim və bu, həyatımda böyük bir təcrübə idi. Bu film mənim həyatımı dəyişdirmişdi.”–deyə Krou bildirib.  

Aktyor qeyd edib ki, oynadığı "Qladiator" da çəkilişdən sonra insanların ona münasibəti dəyişib. Aktyor bir çox gözəl layihələrdə rol aldığını etiraf bildirsə də,  "Qladiator" filmindəki təcrübəsini "inanılmaz"adlandırıb: "Mən zəmanət verirəm ki, bu axşam dünyanın hansısa bir yerində" Qladiator " u Primetime TV-də göstərəcəklər. Həmişə və hər filmdə belə uzun bir ömür əldə etmək mümkün deyil. Beləliklə, açıq-aydın ürəyimdə xüsusi bir yer tutur " deyə aktyor yekunlaşdırdı.

Qeyd edək ki, Krounun baş rol ifa etdiyi "Gladiator " 2000-ci ildə istehsal edilib və 12 kateqoriyada “Oskar” mükafatına namizəd olub. Nəticədə, ən yaxşı film mükafatı da daxil olmaqla beş Oskara layiq görülüb. Film 460 milyon dollar gəlir gətirdi.  Filmdə əsas rolları General Maksimus,  əsas düşməni isə Xokin Feniks oynayıb. 


Anar

"Xalq qəzeti"

Mədəniyyət