Alia CX300 Nyu-Yorkdakı Con Kennedi Beynəlxalq Hava Limanının uçuş-enmə zolağından havaya qalxaraq ətraf əraziləri dövrə vuraraq eyni hava limanına qayıdıb. Uçuş 45 dəqiqə davam edib.
Beta Technologies-in baş direktoru və qurucusu Kayl Klark deyib ki, "Bu, artıq elmi fantastika deyil. Biz Kennedi Hava Limanına sərnişinlər göndərdik və elektrik aviasiyasının uçmağa hazır olduğunu sübut etdik".
Alia CX300 A250 şaquli qalxma və eniş (VTOL) təyyarəsinə əsaslanır. O, H500A elektrik mühərriki ilə təchiz edilib və enerji doldurmadan öz batareyaları ilə 340 mildən çox məsafə qət edə bilir.
S.ELAY
XQ