2024-cü ilin yanvarında işə salınan Çinin Eynşteyn Avtomatik Araşdırma Stansiyası mühüm nailiyyət əldə edib. Stansiya Ayın tam rentgenoqrafiyasını çəkə bilib ki, bu da Pekin üçün ilk belə hal olub.
Görüntülər sayəsində Çin alimləri Yerin təbii peykinin səthində dəmir, oksigen, maqnezium və digər elementlərin paylanmasını araşdırmaq üçün unikal imkan əldə ediblər.
Çinə qədər Ayın rentgenoqrafiyasını ABŞ-nin "Çandra" və Almaniyanın ROSAT stansiyaları qeydə almışdı.
Bundan başqa, digər rentgen teleskopları ilə müqayisədə Eynşteyn Avtomatik Araşdırma Stansiyası daha geniş baxış sahəsinə malikdir - bu, ona super Ayı qeydə almağa imkan verir.
S.ELAY
XQ