Latın Amerikası ölkələrinə rəsmi dilin ispan, portuqal və fransız dili olduğu Mərkəzi və Cənubi Amerika, eləcə də Karib dənizi dövlətlərini daxil etmək adətdir. Bu dillərin hamısı roman dillər qrupuna aiddir və latın dilindən gəlir.
“Latın Amerikası” termini 19-cu əsrin ortalarında Cənubi Amerika ölkələrinin İspaniya və Portuqaliyadan müstəqillik əldə etməsi fonunda yaranıb. Fransada III Napoleonun dövründə populyarlıq qazanıb. Sonra Fransa bölgədəki təsirini gücləndirməyə çalışıb və yeni termin katolik Latın Amerikası ölkələri ilə protestant ABŞ və Kanada arasında təkcə dil deyil, həm də mədəni fərqləri əhatə edib.
S.ELAY
XQ