Cənubi Amerikada geniş yayılan Koka ağacının yarpaqları kokain alkaloidi ilə zəngindir.
Kokain insanın sinir sisteminə stimullaşdırıcı təsir göstərərək eyforiya halının yaranmasına səbəb olur. Koka ağacının bu xüsusiyyətinə görə bitkinin yarpaqlarını çeynəmək yerli əhali arasında geniş yayılmış və adət halını almışdır.
Bütün bunların Cola içkisi ilə nə əlaqəsi var?
“Coca-Cola” adındakı “coca” sözü məhz koka ağacından qaynaqlanır. Bu içkinin tərkibində ilkin reseptə əsasən 1903-cü ilə qədər koka ağacının yarpaqlarının ekstraktı istifadə edilmişdir. Tərkibində kokain olan kola içkilərini o illərdə insanlar baş və diş ağrısı zamanı geniş istifadə edərmişlər. Kokainin dünyada narkotik maddə olaraq qəbul edilməsindən sonra isə koka yarpaqlarının içkinin tərkibində istifadəsi rəsmi məlumatlara əsasən tamamilə dayandırılmışdır.
F. SALMANOVA, “Xalq qəzeti”