Beyin funksiyalarını sərgiləyən süni zəka modeli yaradılıb

post-img

Kompüterdə ən mürəkkəb hesablamaları aparmaq mümkündür. Lakin insanlar üçün xeyli asan sayılan dağ və dənizi fərqləndirmək ən güclü süni zəka üçün xeyli giriş və enerji tələb edir.

“ScienceDaily” saytı xəbər verir ki, Kaliforniya Universitetinin alimləri süni zəka modelinə insan beyninin tanıma mexanizmini köçürmək üçün tədqiqat aparıblar. Bu yolla alimlər iki şey əldə etməyi düşünürdülər: birinci, az enerji sərfiyyatına yol vermək; ikinci, insan beyni üçün asan, kompüter üçün çətin olan funksiyaları rahatlıqla yerinə yetir­mək.

Kaliforniya Universitetinin alimləri bu işi yerinə yetirmək üçün iki mərhələli təcrübə həyata keçiriblər. Onlar əvvəl­cə kvant mexanizmində bir tək beyin elementini təqlid etməkdə uğur qaza­nıblar. İkinci mərhələdə təqlid mexaniz­mini yeni növ cihaza ötürüblər və bu­rada onu aktiv hala gətiriblər. Nəticədə beyni olduğu kimi təqlid edə bilən süni intellekt modeli ərsəyə gəlib.

Aytən NƏCƏFOVA, “Xalq qəzeti”

Dünya