“Jevish Nevs Syndicate” xəbər agentliyinin məlumatına görə, İsrailin Qədim Əsərlər İdarəsinin arxeoloqlarının rəhbərliyi ilə bir qrup məktəbli İsrailin Uşа şəhərində arxeoloji qazınti işləri aparıblar. Qazıntı zamanı artefakt Bizans güzgüsünün çərçivəsinin qalığını tapıblar. Bu güzgü eramızın IV–VI əsrlərində “şər ruhlar”dan qorunmaq üçün istifadə edilirmiş.
Bizans güzgüləri evdə - otağın girişi ilə üzbəüz divara asılırmış.
Qədim insanların mifik inancına görə, “şər ruhlar” güzgüdə əkslərini görəndə qorxub uçurlarmış. Belə güzgülər İslam dini yaranana qədər müxtəlif bölgələrdə yayılmışdı.
İnsanlar bu güzgü vasitəsilə gələcəkdən xəbər verməyi də sınamışdılar.
Zülfiyyə QURBANƏLİQIZI, “Xalq qəzeti”