İtkin şəhid doğma torpağa qovuşdu

post-img

Göyçayda Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən Vüqar Səlim oğlu Babayevlə vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin doğmaları, rayonun rəsmi şəxsləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, hərbçilər və ictimaiyyət nümayəndələri iştirak ediblər. Vida mərasimindən sonra şəhidin nəşi Göyçayın Şəhidlər xiyabanında torpağa tapşırılıb.

Vüqar Babayev 1972-ci il aprelin 16-da Göyçayın Qarabaqqal kəndində anadan olub. 1994-cü il fevralın 12-də Kəlbəcər rayonunun Yanşaq kəndi istiqamətindəki döyüşlərdə itkin düşmüşdü.

XQ

Son xəbərlər