Azərbaycanlı alim Türkiyə mətbuatında

post-img

Türkiyənin nüfuzlu mətbu orqanlarından olan “Yeni Gün” qəzeti  Birinci Bakı Türkoloji Qurultayının 100 illiyi münasibətilə hazırladığı “Qurultaya Azərbaycandan baxış” adlı silsilə çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq məsələlər üzrə prorektoru, professor Mahirə Hüseynova ilə müsahibə dərc etmişdir.

“I Türkoloji Qurultay türk dünyasının milli özünüdərkinin başlanğıcı idi” sərlövhəli müsahibədə Qurultay təkcə türk dünyasının elmi-mədəni dirçəlişinin mühüm mərhələsi kimi deyil, eyni zamanda sovet totalitar sisteminin gələcək repressiya siyasətinin ideoloji fonunu açan tarixi dönüş nöqtəsi kimi dəyərləndirilir.

Müsahibədə vurğulandığı kimi, Birinci Türkoloji Qurultay elmlə siyasət arasında yaranmış ziddiyyətlərin və dramatik qarşıdurmanın simvoluna çevrilmiş, bu baxımdan da yüz il sonra belə öz elmi və ictimai-siyasi aktuallığını qoruyub saxlamışdır.

Müsahibənin müəllifi Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin müəllimi, Əməkdar jurnalist Namiq Əhmədovdur.

XQ

 

Son xəbərlər