Göyçayda vətəndaş qəbulu

post-img

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev yanvarın 29-da Göyçayda vətəndaşlarla görüşüb.

Görüşdə əsasən Göyçay və Ağdaş rayon sakinləri iştirak ediblər. Vətəndaşların qaldırdıqları məsələlərin bir qismi yerində həll olunub, digərlərinin qısa müddətdə araşdırılacağı, həmçinin aidiyyəti üzrə dövlət qurumlarına çatdırılacağı bildirilib.

Vətəndaşların müraciətlərində əsasən dövlət mənzil fonduna məxsus xüsusi təyinatlı yaşayış sahələrinin verilməsi, müvəqqəti yaşayış sahələrinin təmiri, vahid aylıq müavinətin təyin edilməsi, məşğulluq, Böyük Qayıdış ilə bağlı və digər şəxsi xarakterli müraciətlər üstünlük təşkil edib.

XQ

Son xəbərlər