Heydər Əliyev Mərkəzində perulu rəssamın sərgisi

post-img

Dekabrın 18-də Heydər Əliyev Mərkəzində perulu rəssam Sol Alexonun “And və Qafqaz dağları arasında təxəyyül dünyası” adlı sərgisinin açılışı olub.

Açılış mərasimindən əvvəl perulu rəssam Sol Alexo jurnalistlərə bildirib ki, Peru dünyada alpakaların məskəni kimi tanınır. Onun əsərlərinin böyük bir hissəsini məhz alpakalar təşkil edir və rəssam bu obrazları yaradıcılığında müasir üslubda təsvir edir.

Rəssam bildirib ki, Bakının və Şamaxının tarixi abidələri, görməli məkanlarından ilhamlanaraq sərgi üçün yaradıcılıq nümunələri ərsəyə gətirib və alpakaları həmin ərazilərdə təsvir edib. O, həmin yerləri gəzərkən tamamilə fərqli duyğular yaşayıb və yeni ideyalar əldə edib.

Sənətkar əlavə edib ki, bu kolleksiya onun üçün xüsusi əhəmiyyət daşıyır və gələcəkdə Azərbaycanla bağlı yeni yaradıcılıq işləri ərsəyə gətirə bilər.

Sonra qonaqlar “And və Qafqaz dağları arasında təxəyyül dünyası” adlı sərgi ilə tanış olublar.

Ekspozisiyada Sol Alexonun müxtəlif əsərləri sərgilənir. Bunların sırasında rəssamın xüsusi olaraq Bakı sərgisi üçün yaratdığı rəsmlər də var.

XQ



Son xəbərlər