Ümummilli lider Heydər Əliyevin vəfatının 22-ci ildönümü ilə əlaqədar Türkiyənin Anadolu Agentliyi geniş məqalə yayımlayıb.
“Bir millət, iki dövlət” sözü ilə tarixə düşən lider: Heydər Əliyev” sərlövhəli yazıda Ulu öndərin həyat və yaradıcılığına geniş yer verilib.
“Sovet İttifaqı dövründə mühüm vəzifələr icra edən Heydər Əliyev müstəqilliyin ilk illərində böyük böhranlarla üzləşən Azərbaycanın idarəçiliyinə gələrək ölkəni xaosdan çıxaran şəxs oldu” cümləsi ilə başlayan yazıda onun rəhbərliyi illərində Azərbaycanın bütün sahələrdə inkişafından, ölkənin gələcəyi üçün atılan mühüm addımlardan bəhs edilib.
Yazıda Ümummilli liderin Türkiyə–Azərbaycan münasibətlərinə xüsusi əhəmiyyət verdiyi qeyd edilib: “Heydər Əliyev xüsusən Türkiyə ilə münasibətlərdə strateji və qardaşlıq prinsiplərinə əsaslanan siyasət yürüdürdü. Onun məşhur “Bir millət, iki dövlət” kəlamı Türkiyə–Azərbaycan əlaqələrinin əsas prinsipi halına gəlib. Türkiyənin 9-cu prezidenti Süleyman Dəmirəllə yaxın dostluğu da iki ölkə arasındakı bağların güclənməsinə mühüm töhfə verib”.
XQ

