Ortaq dəyərlərimizin və inteqrasiya iradəmizin təzahürü olan Türk Dövlətləri Təşkilatı regionda və onun hüdudlarından kənarda sülhə, rifaha və sabitliyə xidmət göstərməyə davam edəcək.
Bu ifadələr Türkiyənin Xarici İşlər Nazirliyinin 3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Günü münasibətilə açıqlamasında yer alıb.
Açıqlamada deyilir: “3 Oktyabr - Türk Dövlətlərinin Əməkdaşlıq Gününü və Türk Dövlətləri Təşkilatının qurucu sənədi olan Naxçıvan Sazişinin imzalanmasının 16-cı ildönümünü qürurla qeyd edirik”.