Erməni hərbçilərinin qanlı əməlləri sübuta yetirilir

post-img

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə, müharibə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi sentyabrın 9-da davam etdirilib.

Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında zərərçəkmişlərin hüquqi varislərinin və zərərçəkmiş şəxslərin ifadələri dinlənilib. 

Qorxmaz İsgəndərovun atası İsgəndər İsgəndərov oğlunun düşmən Kəlbəcərdə, Amid Qədirovun anası Zülfirə Qədirova övladının Ağdərədə, Ağami Əlişanovun anası Dilbər Əhmədova oğlunun Ağdərədə, Osman Ağaxanovun atası Qədim Ağaxanov övladının Xocavənddə, Elnur Rüstəmovun atası Faid Rüstəmov oğlunun Kəlbəcərdə, Ceyhun Şıxəliyevin atası Oktay Şıxəliyev övladının Ağdərədə həlak olduqlarını bildiriblər.

Zərərçəkmiş Şöhrət Cəfərov Kəlbəcərin Susuzluq kəndində mina partlayışı zamanı 3 nəfərin - Məhərrəm İbrahimovun (AZƏRTAC-ın müxbiri – red.), Sirac Abışovun (AzTV-nin operatoru – red.) və Arif Əliyevin (Susuzluq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsinin müavini – red.) həlak olduğunu, özü də daxil olmaqla digər şəxslərin xəsarətlər aldığını bildirib. 

Zərərçəkmiş şəxs Anar Qlinçev Xankəndi istiqamətində qəlpə yarası aldığını bildirib. Şəmsi Kazımlı iki dəfə - Hadrutda və Laçında yaralandığını deyib. Azad Axundov Xocavənddə, Yusif Kərimov Xocavənddə, Yusif Ömərov Ağdamda yaralandıqlarını söyləyiblər. Neməti Qasemi Ağdamda, Mirqabil Mirzəyev və Aqil Rəhimov Xocavənddə, Həmid Ağazadə Xankəndidə xəsarət aldıqlarını bildiriblər.

Rəhim Nəsirov Xankəndidə yaralandığını, hadisə zamanı 5 nəfərin də yaralanıb, 1 nəfərin isə həlak olduğunu deyib. Fərman Həsənov Ağdərədə, Nazir Nurəliyev Şuşa-Xankəndidə, Rəşad Aslanov Ağdamda, Ariz Əliyev Xocavənddə yaralandıqlarını bildiriblər. Turan Məhərrəmovun atası Tərlan Məhərrəmov oğlunun Kəlbəcərdə həlak olduğunu deyib.

İntiqam Cumayev Ağdamda yaralandığını bildirib. O deyib ki, təxliyə etməyə çalışdığı yaralanmış şəxslər həmin vaxt həlak olublar. Dair Cumartov, Elman Bayramov, Samir Yaralıyev, Ömər Əhmədov, Alim Xanəliyev, Bəxtiyar Verdiyev Ağdamda, Taleh Hacıyev Xocavənddə,  Rəşad Aslanov Şuşada xəsarət aldıqlarını bildiriblər. 

Digər zərərçəkmiş şəxslər - Hidayət Cahangirov, Ümüd Həsənli, Kənan Məmmədov, Ayaz Rzayev, İlkin Həsənov, Qurban Hüseynov, Hüseyn Hüseynov, Cavid Qarayev, Taleh Sadıqov, Rəvan Manafov, Cəsarət Sarıyev müxtəlif ərazilərdə yaralandıqlarını bildiriblər.

Sonra məhkəmə iclasında zərərçəkmiş şəxslər barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.

Məhkəmənin növbəti iclası sentyabrın 16-na təyin olunub.

XQ

 



Son xəbərlər