Azərbaycan–Kamboca siyasi məsləhətləşməsi

post-img

Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Kamboca Krallığında səfərdə olub.

Səfər zamanı Azərbaycan–Kamboca Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələrin 4-cü iclası keçirilib. İclas Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov və Kamboca Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi (nazir müavini) Khuon Phon Rattanakın həmsədrliyi ilə baş tutub.

İclas zamanı iki ölkə arasında münasibətlərin hazırkı durumu, siyasi, iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi və inkişafı perspektivləri ətrafında müzakirələr aparılıb.

Kambocanın turizm naziri Huot Hak ilə keçirilmiş görüşdə hər iki ölkənin geniş turizm potensialına malik olduğu, turizm sahəsində qarşılıqlı əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Sonda iki ölkə arasında turizm sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb.

XQ

Son xəbərlər