AMEA Bölməsinin yarımillik uğurları

post-img

AMEA Naxçıvan Bölməsinin 2025-ci ilin birinci yarısındakı elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat iclası olub. Toplantıdan öncə bölmə əməkdaşlarının yarımil ərzində nəşr olunan əsərlərindən ibarət sərgiyə baxış keçirilib.

AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmədə tətbiq olunan yeniliklərdən, qazanılan nəticələrdən, kadr hazırlığı və kadr potensialından, beynəlxalq səviyyəli jurnallarla edilən əməkdaşlıqdan söz açıb. Akademik qeyd edib ki, bölmədə elmi-tədqiqat işləri 3 istiqamətdə 17 iş üzrə 36 mərhələdə tədqiqatlar davam etdirilir.

Bölmə aparatı elm və təhsil şöbəsinin müdiri, dosent Orxan Bağırovqeyd edib ki, ilin birinci yarısında bölmə əməkdaşlarının 5 monoqrafiyası, 12 kitabı, 94 elmi məqaləsi, 59 konfrans materialı, 2 tezisi olmaqla, 172 elmi əsəri çap olunub. 1 monoqrafiya, 16 məqalə, 15 konfrans materialı və 1 tezis xaricdə nəşr edilib. Elmi məqalələrin 14-ü xaricdə olmaqla, 45-i beynəlxalq kodlu elmi jurnallarda çapdan çıxıb.

AMEA-nın müxbir üzvləri, professor Əbülfəz Quliyev və professor Vəli Baxşəliyev, filologiya elmləri doktoru Fərman Xəlilov hesabatla bağlı çıxışlar edib, bölmənin ilin birinci yarısında fəaliyyətini yüksək qiymətləndiriblər.

Səbuhi HƏSƏNOV
XQ

Son xəbərlər