Astara Dövlət Sərhədindən Buraxılış Məntəqəsində növbəti təxliyə prosesi həyata keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, təxliyə olunan 10 nəfərlik qrupun əksəriyyəti Tacikistan Respublikasının vətəndaşlarıdır. Onlar müəyyən olunmuş qaydalara uyğun olaraq sərhəd yoxlamasından keçib və daha sonra paytaxt istiqamətində yola salınıblar. Bu, gün ərzində təxliyə olunan ilk qrupdur.
Qeyd edək ki, bəzi xarici ölkələr Azərbaycan hökumətinə müraciət edərək, İranda olan vətəndaşlarının təxliyəsi üçün Azərbaycanın ərazisindən tranzit keçid şəraitində öz ölkələrinə qayıtmasına yardım göstərilməsini xahiş ediblər.