Çinli qonaqlar Milli Məclisdə

post-img

Milli Məclisin bir qrup deputatı iyunun 5-də Çin Xalq Siyasi Məşvərət Şurasının Quanqdonq Əyalət Komitəsinin sədri Lin Keqingin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri və Çinlə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Azər Əmiraslanov Azərbaycanla Çinin qarşılıqlı əməkdaşlığa böyük maraq göstərdiyini deyib. O, ölkələrimiz arasında münasibətlərin strateji xarakterinə toxunub, əlaqələrimizin bugünkü yüksək səviyyəyə çatmasında hər iki ölkənin dövlət başçılarının mühüm rolunu vurğulayıb.

Lin Keqing göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkür edib, səfəri ilə bağlı xoş təəssüratlarını bölüşüb.

Sonra deputat Ziyad Səmədzadə Çin iqtisadiyyatının özünəməxsus cəhətlərinə diqqət çəkib, onun qlobal iqtisadiyyatda artan rolundan danışıb.

XQ

Son xəbərlər