QMİ-də islamofobiya müzakirəsi

post-img

Mayın 27-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadənin Bakıda keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın iştirakçıları ilə görüşü olub.

Toplantıda çıxış edən şeyxülislam Allahşükür Paşazadə ölkəmizdə keçirilən “İslamofobiya: Qərəzin ifşa olunması və stiqmaların dağıdılması” mövzusunda beynəlxalq konfransın İslam dininə qarşı qlobal səviyyədə formalaşan yanlış təsəvvürlərin aradan qaldırılması, dini dözümlülüyün və multikultural dəyərlərin təşviqi, habelə İslamın sülhsevər mahiyyətinin dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıb.

O, Azərbaycanın İslam həmrəyliyi, multikulturalizm və dini tolerantlıq prinsiplərinə sadiqliyini, dövlətimizin başçısı İlham Əliyevin bu istiqamətdəki prinsipial mövqeyini diqqətə çatdırıb.

Ölkəmizdə rəsmi səfərdə olan Misir Ərəb Respublikası Senatının sədri Abdel Vahab Abdel Razeq çıxış edərək dünyada, xüsusilə Qərb ölkələrində İslama və müsəlmanlara qarşı artmaqda olan ayrı-seçkilikdən və qərəzli münasibətdən narahatlıqla bəhs edib.

XQ

Son xəbərlər