Baş prokurorun BMT Baş Katibinin müavini ilə görüşü

post-img

Vyanada işgüzar səfərdə olan Baş prokuror Kamran Əliyev ilə BMT Baş Katibinin müavini, Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsinin İcraçı direktoru Qada Vali arasında ikitərəfli görüş keçirilib.

Görüş zamanı Azərbaycan ilə BMT arasında mövcud olan yüksək səviyyəli münasibətlər və hüquq-mühafizə orqanlarımızla BMTNCİ arasında formalaşmış səmərəli əməkdaşlıq xüsusi məmnunluqla qeyd edilib. Bildirilib ki, son bir ildə Bakıda və Vyanada təşkil olunmuş birgə sessiyalar bu tərəfdaşlığın möhkəmlənməsinə, eyni zamanda cinayətkarlığa qarşı mübarizədə yeni yanaşmalar və əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsinə mühüm töhfə verib.

Qada Vali, BMT-nin qlobal antikorrupsiya platforması olan GLOBE şəbəkəsinin 6-cı plenar iclasının Bakıda yüksək səviyyədə təşkili münasibətilə Baş prokuror Kamran Əliyevi təbrik edib, hərtərəfli dəstəyə görə təşəkkürünü bildirib. O, tədbirin korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın dərinləşməsinə, yeni tərəfdaşlıqların qurulmasına və ümumilikdə dayanıqlı inkişaf məqsədlərinin reallaşdırılmasına xidmət etdiyini vurğulayıb.

XQ

Son xəbərlər