5 kiloqramdan artıq narkotik vasitə aşkarlanaraq götürülüb

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 3-də və 4-də ümumi çəkisi 5,6 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb.

Məlumatı DİN Mətbuat Xidməti verib. 

Qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələr 1,1 kiloqrama yaxın heroin, 4,5 kiloqrama yaxın marixuana, həmçinin 30 ədəd psixotrop tərkibli həb və 10 ədəd çətənə kolu olub.

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər