Qərbi azərbaycanlıların qayıdışı bəşəri ədalətin tələbidir

post-img

Dünən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası, ABŞ-ın Şimali Karolina Universitetinin Sülh və Münaqişə Araşdırmaları Departamenti və Amerika –Türkiyə Assosiasiyası Assambleyasının birgə təşkilatçılığı ilə “Dəyişən dünyada birgə və sülh şəraitində yaşamağın mümkünlüyü” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib.

BMT tərəfindən qəbul edilmiş 16 May Beynəlxalq Dinc Yanaşı Yaşamaq Günü və 21 May Dialoq və İnkişaf Naminə Beynəlxalq Mədəni Müxtəliflik Günü ərəfəsində təşkil edilən konfransın keçirilməsində məqsəd Qərbi Azərbaycana qayıdış prosesini bir daha müxtəlif ölkələrin tanınmış xadimlərinin diqqətinə çatdırmaq, bu problemin beynəlxalq səviyyədə ictimailəşdirilməsidir.

Ondan çox xarici ölkədən 200-ə yaxın iştirakçının qatıldığı onlayn konfransda dünyanın tanınmış siyasətçiləri, vətəndaş cəmiyyəti liderləri, ABŞ, Kanada və İspaniya kimi bir sıra ölkələrin nüfuzlu universitetlərinin alim və mütəxəssisləri çıxış ediblər. Sonda konfrans iştirakçıları adından BMT-yə və digər beynəlxalq təşkilatlara Qərbi azərbaycanlıların qayıdış hüququnun təmin olunması ilə bağlı müraciətlər göndərilib.

XQ

Son xəbərlər