Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən su hövzələrində qanunsuz balıq ovu və brakonyerliyə qarşı mübarizə davam etdirilir.
Daxili İşlər Nazirliyi Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Su Nəqliyyatında Polis İdarəsinin Lənkəran Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlər zamanı qanunsuz olaraq balıq ovu ilə məşğul olan M.Miriyev və T.Rüstəmov saxlanılıblar.
Onlardan balıq ovlamaq üçün alətlər və qanunsuz ovladıqları balıqlar aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQa