Səbail rayonunda polis əməkdaşlarının keçirdikləri tədbirlərlə 1500 manat dəyərində moped qaçıran, əvvəllər dəfələrlə məhkum olunmuş 42 yaşlı A.Teplyakov saxlanılıb.
Məlumatı DİN mətbuat xidməti yayıb.
Abşeron rayonunda isə bir nəfərə məxsus “VAZ-21074” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 35 yaşlı R.Ramazanov saxlanılıb və qaçırdığı avtomobil sahibinə təhvil verilib.
Araşdırmalar aparılır.
P.ƏMİRCANOV
XQ