Aprelin 12-də IV Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov ilə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri, Ulusal Birlik Partiyasının Sədri Ünal Üstel arasında görüş keçirilib.
Görüşdə xalqlarımız arasında münasibətlərin tarixi ənənələrə, ortaq dəyərlərə, dostluq və qardaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb. Azərbaycan Respublikası ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında son illərdə sıx təmasların olduğu qeyd edilərək müxtəlif sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğu bildirilib.
Görüş əsnasında Azərbaycan Prezidenti İlham Əliyevin mənəvi-siyasi dəstəyinin Şimali Kipr Türk Cümhuriyyəti üçün böyük əhəmiyyətə malik olduğu vurğulanıb. Türk dünyasında əməkdaşlığın dərinləşdirilməsinin hər iki ölkə üçün mühüm prioritet olduğu bildirilərək bu xüsusda həyata keçirilən fəaliyyətin əhəmiyyəti qeyd olunub.
XQ