Xarici müdaxilələrlə vətəndaşları aldadaraq bank kartlarından müxtəlif kiberüsullarla talamalar davam edir. Bank kartları ilə əlaqəli xarici zənglər, mesajlar cavablamadan, saxta linklərə daxil olmadan bloklanmalıdır. Əks halda bank kartında olan pul vəsaitinizi talayacaqlar.
Məlumatı DİN mətbuat xidməti verib.
Aprelin 9-da ayrı-ayrı vətəndaşların müxtəlif kiberüsulla 12850, 8211, 8210, 4466, 2000, 1200, 700, 300, 300, 261, 260, 260, 175, 143, 85, 83 manat və 595 dollar pul vəsaitləri bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
P.ƏMİRCANOV
XQ