Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb

post-img

Aprelin 8-də ölkə ərazisində qeydə alınan 32 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 54, o cümlədən borclu şəxs qismində axtarışda olan 43 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.      

Narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 8 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 30 nəfər saxlanılıb.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər