Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu əməkdaşlığı möhkəmləndirir

post-img

Aprelin 6-da Milli Məclisin və Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyətinin Özbəkistana işgüzar səfəri çərçivəsində Türk Mədəniyyəti və İrsi Fondunun rəhbəri Aktoti Raimkulova ilə görüş keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən XQ-ə bildirilib ki, görüşdə Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında Memorandum imzalanıb. Sənədi Sahibə Qafarova və Aktoti Raimkulova imzalayıblar.

Milli Məclisin sədri sənədin əhəmiyyətini qeyd edərək vurğulayıb ki, Memorandum Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə Türk Mədəniyyəti və İrsi Fondu arasında əməkdaşlığın möhkəmləndirilməsinə xidmət edəcək.

Son xəbərlər