ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

post-img

Mart 22-də Dünya Su Resursları Günü kimi qeyd olunur. ADY dəmir yollarının dayanıqlı inkişafı üçün su resurslarına qənaət edir, çirkli suyun təkrar istifadəyə qaytarılmasını təmin edir.

"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) AZƏRTAC-a bildirilib ki, Yeni Biləcəri və Gəncə lokomotiv depolarında hərəkət tərkibinin yuyulmasında 1510-84 DÜST normasına uyğun olaraq avtomatik yuma cihazından istifadə edilir. Proses zamanı yaranan çirkli su mərhələli şəkildə təmizlənərək təkrar istifadəyə verilir.

Yekunda toplanan sənaye mənşəli çirkab suları müvafiq sistemlər vasitəsilə təmizlənərək kanalizasiyaya axıdılır.

Son xəbərlər