Abşeron rayonundakı yaşayış yerlərindən 300 manat dəyərində su qızdırıcısı, 8 qapı və məişət əşyalarının oğurlanması barədə polisə məlumatlar daxil olub. Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş 29 yaşlı O.Nəsrullayev müəyyən olunaraq saxlanılıb.
Bundan başqa, Binəqədi rayonu ərazisindəki evlərin birindən kombi və radiator oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 50 yaşlı R.Seyidovun saxlanılması da təmin edilib.
Nəsimi RPİ 19-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində ayrı-ayrı vaxtlarda bir nəfərin mobil telefonunu soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 27 yaşlı Q.Zeynalov, digər şəxsin isə mobil telefonunu oğurlamaqda şübhəli bilinən 57 yaşlı R.Baxşiyev müəyyən olunaraq saxlanılıblar.
Faktlarla bağlı araşdırma aparılır.
P.ƏMİRCANOV
XQ