Baş Prokurorluq və Aviasiya Akademiyası əməkdaşlıq memorandumu imzalayıb

post-img

Milli Aviasiya Akademiyasının (MAA) rektoru akademik Arif Paşayevlə Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib.

Görüşdə əməkdaşlıq haqqında 2020-ci il sentyabrın 23-də imzalanmış saziş çərçivəsində MAA ilə Baş Prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq əldə olunub.

Memoranduma əsasən, prokurorluq orqanlarının əməkdaşları tədrisdə, MAA-nın professor-müəllim heyəti isə Prokurorluğa qəbul olunan və fəaliyyətdə olan əməkdaşlarının ixtisasartırma prosesində iştirak edəcək. Həmçinin hüquqi və elmi maarifləndirmə istiqamətində birgə təlim kursları, seminar və mühazirələr təşkil ediləcək. Bundan başqa, “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin Prokurorluqda ictimai köməkçi (könüllü) qismində, MAA-nın professor-müəllim heyətinin Prokurorluqda qanunvericilik aktlarının hazırlanması prosesinə cəlb edilməsi nəzərdə tutulur.

XQ

Son xəbərlər