Avtomat, qumbara və tüfənglər tapılıb

post-img

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.

Məlumatı DİN mətbuat xidməti verib. 

Məlumata görə, martın 5-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 7 avtomat silahı, 5 qumbara, 4 alışdırıcı, 16 tüfəng, 6 patron darağı və 420 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Binəqədi RPİ 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri növbəti tədbir nəticəsində isə rayon ərazisində 2 avtomat silahı və 33 patron tapılaraq götürülüb. 

Araşdırmalar aparılır.

 

P.ƏMİRCANOV

XQ

Son xəbərlər