Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) 23 və 24 may tarixlərində Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib.
XQ xəbər verir ki, bu barədə ADY məlumat yayıb.
Bildirilib ki, sözügedən reyslərə biletləri 10 faiz endirimlə dəmiryol kassalarından, ADY-nin rəsmi saytından və ya “ADY Mobile” tətbiqindən əldə etmək mümkündür.
Qeyd edək ki, bu istiqamətlər üzrə Bakı–Qazax–Bakı marşrutu ilə gündəlik səfərlər təşkil olunur.

