Polis əməkdaşlarının martın 4-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 15 nəfər saxlanılaraq istintaqa təhvil verilib.
Məlumatı DİN mətbuat xidməti verib.
Həmin gün polis əməkdaşları keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 2 nəfəri də taparaq aidiyyəti üzrə təhvil veriblər.
P.ƏMİRCANOV
XQ