Azərbaycan diaspor təşkilatları Kanada parlamentinin üzvlərinə Xocalı soyqırımı ilə bağlı məktub ünvanlayıblar

post-img

Kanadanın Monreal şəhərində fəaliyyət göstərən Kvebek Azərbaycanlıları Assosiasiyası və Monreal Kanada-Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar kanadalı parlamentarilərə məktub ünvanlayıblar.

Məktubda Xocalı faciəsi ilə bağlı ətraflı məlumat verilib. Bildirilib ki, 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri Xankəndi şəhərində yerləşən 366-cı motoatıcı alayın dəstəyi ilə üç tərəfdən Xocalıya hücum edərək yüzlərlə mülki şəxsi qətlə yetirib. Bu dəhşətli faciədən 33 il ötməsinə baxmayaraq, Xocalı soyqırımı müasir tariximizin ən qaranlıq səhifələrindən biri olaraq qalması diqqətə çatdırılıb. 

Xocalı soyqırımının günahkarlarının cəzalandırılmasının və bu faciənin rəsmi tanınmasının mühüm məsələlərdən biri olduğu bildirilib.

XQ

 





Sosial həyat