“Heydər Əliyev və azərbaycançılıq məfkurəsi”

post-img

Martın 4-də Yeni Azərbaycan Partiyası Veteranlar Şurasının və YAP Yasamal rayon təşkilatının birgə təşkilatçılığı ilə “Heydər Əliyev və azərbaycançılıq məfkurəsi” mövzusunda tədbir keçirilib.

YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, azərbaycançılıq müstəqil Azərbaycan dövlətinin və xalqımızın milli ideologiyasıdır. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü azərbaycançılıq ideologiyası vaxtilə dövlətimizə qarşı müxtəlif istiqamətlərdən yönələn təhdidlərin qarşısının alınmasında mühüm amil olub.

YAP Veteranlar Şurasının sədri, partiyanın İdarə Heyətinin üzvü Arif Rəhimzadə Ulu öndərin hələ sovet dövründə Azərbaycana rəhbərlik edərkən azərbaycançılıq məfkurəsinin bütün həmvətənlərimizin arasında yayılmasına, bu ideyanın geniş ictimai dəyər qazanmasına çalışdığını, 1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra bu ideologiyanı daha da gücləndirdiyini qeyd edib. BDU-nun professoru, tarix elmləri doktoru Nuru Məmmədov deyib ki, Ulu öndər azərbaycançılıq ideologiyasını dövlətçilik ideologiyası səviyyəsinə yüksəldib. YAP Veteranlar Şurasının sədr müavini Sədaqət Qəhrəmanova isə azərbaycançılıq ideologiyasının milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından müstəsna əhəmiyyət daşıdığını vurğulayıb.

XQ

Son xəbərlər