Təxminən 40 ildən çoxdur ki, mən “Navier-Stokes” tənlikləri üçün qoyulmuş “Dirixle” məsələsinin zəif həllərinin yeganəliyi üzərində işləyirdim. Bu tənliklər hidrodinamikanın əsas riyazi modeli olduğundan və həyatda axınlar hər yerdən olduğundan onun öyrənilməsi vacib məsələlərdən biridir.
Bu sözləri riyaziyyatçı-alim, professor Kamal Soltanov AMEA-da keçirilən “Navye-Stoks bərabərliyi” tənliyi barədə təqdimatda deyib. Alim qeyd edib ki, bu tənliklərlə bağlı problem Kley İnstitutunun qoyduğu minilliyin 7 problemindən biridir. Dünyada bu problem alimlər tərəfindən araşdırılmaqdadır.
“Navye-Stoks bərabərliyi” tənlikləri üçün qoyulmuş “Dirixle” məsələsinin zəif həllərinin mövcudluğu 3 ölçülü durum üçün 1932-ci ildə Leray tərəfindən, daha sonra 1934-cü ildə Hopf-Leray tərəfindən göstərilib və həllər fəzası təyin edilib.
XQ