Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Bakıda saxlanılan hərbi cinayətdə təqsirləndirilən erməniəsilli şəxslərə baş çəkib.
Başçəkmə zamanı bir çox təqsirləndirilən şəxs, o cümlədən R.Vardanyan, A.Arutunyan, A.Qukasyan, B.Saakyan, D.Babayan və digərləri Ombudsman tərəfindən fərdi qaydada qəbul edilib. Konfidensial qəbul zamanı həmin şəxslərin müraciətləri dinlənilib, hüquqlarının təmini vəziyyəti yerində öyrənilib.
Milli Preventiv Qrupun ixtisasca həkim üzvünün də iştirak etdiyi başçəkmə zamanı fərdi qaydada dinlənilən və tibbi müayinə olunan şəxslər, o cümlədən R.Vardanyan və B.Saakyan saxlandıqları dövrdən onlara humanist münasibət göstərildiyini, hər hansı bir ayrı-seçkiliyə və pis rəftara məruz qalmadıqlarını, normal saxlanma şəraiti və tibbi xidmətlə təmin olunduqlarını, Ombudsman və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən dəfələrlə qəbul edildiklərini bildirərək növbəti qəbula görə təşəkkür ediblər.
Qəbul edilmiş şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı qanunvericilik aktları, Ombudsmanın “916” Çağrı Mərkəzi vasitəsilə müraciət imkanlarına dair məlumatlandırıcı nəşrlər təqdim olunub.
XQ