Hava limanında qanunsuz taksi fəaliyyəti göstərənlər barəsində tədbir görülüb

post-img

Heydər Əliyev Beynəlxalq Hava Limanında taksi tanınma nişanı və taksometr qurğusu olmadan sərnişindaşıma fəaliyyəti ilə məşğul olan sürücülərə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Bu istiqamətdə Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində 32 yaşlı Azər Bəxtiyarbəyli, 25 yaşlı Rəhman Durmışev və 27 yaşlı Emin Əsgərov saxlanılıblar. 

Məlumatı DİN mətbuat xidməti verib. 

Onların aeroport ərazisində qanunsuz taksi fəaliyyəti göstərməklə yanaşı narkotik vasitə istifadəçiləri olduqları da müəyyən edilib. 

R.Durmışevin üzərində narkotik vasitələr aşkarlandığı üçün faktla bağlı cinayət işi başlanılıb və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. 

Digər iki şəxslə bağlı isə araşdırmalar davam etdirilir.

P.ƏMİRCANOV

XQ

Son xəbərlər