Martın 1-də Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) 105 illik yubileyi münasibətilə agentliyin rəhbərliyi və əməkdaşları Fəxri xiyabana gələrək, xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstələri qoyublar.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Eyni zamanda, tanınmış dövlət xadimi Əziz Əliyevin və görkəmli həkim-alim Tamerlan Əliyevin məzarları üzərinə gül dəstələri qoyulub.