Fövqəladə hallar naziri Kəmaləddin Heydərov fevralın 28-də Lənkəran şəhərində nazirliyin Cənub Regional Mərkəzinin binasında Lənkəran və Astara rayonları sakinlərinin müraciətlərini dinləyib.
Lənkəran və Astara rayonları sakinlərinin nazirə edilən müraciətlərinin əksəriyyəti yerindəcə həllini tapıb, bir sıra məsələlərlə bağlı qanunvericiliyə uyğun dərhal zəruri tədbirlərin görülməsi barədə FHN-in aidiyyəti strukturlarının rəhbərlərinə tapşırıqlar verilib.
Fövqəladə hallar naziri ilə yanaşı, nazir müavinləri, nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri də vətəndaşların müraciətini dinləyiblər.
Vətəndaşlar onların müraciətlərinə yerində və operativ yanaşılması üçün yaradılan şəraitə görə ölkə Prezidentinə minnətdarlıq ediblər.
XQ