“Environmental Protection First” (EPF) Koalisiyası Cənubi Qafqazın və Xəzər dənizinin ekologiyasını zəhərləyən Ermənistanın dağ-mədən sənayesi müəssisələri barədə interaktiv rəqəmsal xəritəni ictimaiyyətə təqdim edib. İnfobank mahiyyətli rəqəmsal xəritə Azərbaycan, ingilis və erməni dillərində hazırlanıb.
Qəqəmsal xəritəni tərtib edən Koalisiyaya üzv olan “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov bu unikal resurs üzərində peşəkar komandanın bir ildən çox fəal iş apardığını bildirib. O, “Environmental Protection First” Koalisiyasının 2024-cü ildə Azərbaycan, ingilis və erməni dillərində “Ermənistan Respublikasının mineral xammal resursları” adlı xəritə də hazırladığını, indiki Coğrafi İnformasiya Sistemləri (CİS) proqramlarına əsaslanan rəqəmsal xəritənin həmin xəritənin bazasında ərsəyə gətirildiyini, lakin materialların xeyli zənginləşdirildiyini diqqətə çatdırıb.
Koalisiyanın həmtəsisçisi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov qeyd edib ki, Ermənistanın və bu ölkədə işləyən xarici şirkətlərin dünyada qəbul olunmuş ekoloji norma və standartlar gözlənilmədən apardıqları ekosid fəaliyyəti dərhal dayandırılmalıdır, Ermənistanın bütün bölgəni zəhərləməsinin qarşısı alınmalıdır. Ermənistan əhalisi və region ölkələrinin ictimaiyyəti onlardan gizlədilənlər barədə mütləq xəbər tutmalıdır. Koalisiyanın həmtəsisçisi, deputat Pərvanə Vəliyeva isə bəyan edib ki, Ermənistan özünün dağ-mədən müəssisələrində beynəlxalq qurumlarla, xarici QHT-lərlə birgə ekoloji monitorinqlər keçirmək üçün Azərbaycan QHT-lərinə şərait yaratmalıdır.
Koalisiyasının digər həmtəsisç isi Sabit Bağ ırov təklif edib ki, Mədən Sənayesində Ş əffaflıq Təş əbbü sü öz Standartında ekoloji normaların tətbiqinə dair meyarları gücləndirməlidir: “Belə olsa, Mədən Sənayesində Ş əffaflıq Təş əbbü sü nü n ü zvü olan Ermənistan bu sahədə daha şəffaf və məsuliyyətli olar. BMT-nin Trans-sərhəd su axarlarının və beynəlxalq göllərin mühafizəsi və istifadəsi haqqında Konvensiyası üzrə Katibliyi də bu problemlə bağ lı konkret mö vqe ortaya qoymalıdır. Biz onlarla da gö rüş məyə hazırıq. Çü nki Ermənistan bu Konvensiyaya qoşulmaqdan qaçır”.
XQ