FHN yanğın təhlükəli otelin fəaliyyətini dayandırıb

post-img

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam etdirir. 

Nazirlikdən verilən məlumata görə, xidmət tərəfindən Bakı şəhəri, Binəqədi rayonu, Əhməd Rəcəbli küçəsi, ev 13 ünvanında yerləşən “Continental” otelində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib. 

Belə ki, obyektdə yanğınxəbərverici siqnalizasiya qurğusu tam quraşdırılmayıb, obyekt yanğın su hovuzu ilə təmin olunmayıb, elektrik təsərrüfatına profilaktik baxış keçirilməyib və müvafiq akt tərtib edilməyib, obyektin tüstü bacası təmizlənməyib və s. 

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının kobud pozulması faktları aşkar edilmiş “Continental” otelinin fəaliyyətinin dayandırılması barədə qərar qəbul olunub.

 

P.ƏMİRCANOV

XQ





Son xəbərlər