Tramp Rusiyanın NATO-ya hücum edəcəyinə inanmır

post-img

ABŞ prezidenti Donald Tramp Ukrayna prezidenti Vladimir Zelenskinin Rusiyanın Şimali Atlantika Alyansı ilə müharibəyə başlamaq niyyətində olması ilə bağlı açıqlamasına münasibət bildirib. Tramp bununla razılaşmadığını deyib. 

Məlumatı “Kommersant” verib.

“Yox, razı deyiləm, razı deyiləm” – o, Fox News-ə verdiyi müsahibədə -- “cüzi də olsa, razı deyiləm” deyə qeyd edib. 

Vladimir Zelenski dünən deyib ki, ABŞ Ukraynanı dəstəkləməkdən imtina edərsə, Rusiya “NATO-ya qarşı müharibəyə başlayacaq”. Zelenski Rusiyanın “başqa bir Avropa ölkəsinə mümkün hərbi müdaxilə üçün qüvvələrini artırdığı” barədə kəşfiyyat məlumatlarına istinadla bildirib.

Zelenski deyib ki, o, Moskva ilə danışıqlara yalnız Kiyevə təhlükəsizlik zəmanəti veriləcəyi təqdirdə hazırdır. Əvvəlcə Ukrayna hakimiyyəti ölkənin NATO-ya daxil olmasında israr etsə də, Rusiya bu şərtlərlə sülhdən imtina edib. 

NATO-nun baş katibi Mark Rutte bir neçə gün əvvəl bildirib ki, münaqişə həll olunandan sonra Ukraynaya heç vaxt alyansa üzvlük vəd edilməyib. Bununla belə, onun sözlərinə görə, alyans ölkədə döyüşlərin yenidən başlamamasını təmin etməlidir.

 

P.ƏMİRCANOV

XQ

Dünya