Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin bu ilin ilk yarısında açılışı nəzərdə tutulub

post-img

Bunu Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, nazir vəzifəsinin səlahiyyətlərini müvəqqəti icra edən Fərid Bağırzadə “Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü il üzrə fəaliyyətinə dair” keçirilən mətbuat konfransında jurnalistlərə deyib.

O bildirib ki, muxtar respublikada əhalinin dövlət tərəfindən “bir pəncərə” prinsipi ilə təklif edilən əmək, məşğulluq və sosial müdafiə xidmətlərinə müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışın təmin edilməsi məqsədilə Naxçıvan şəhərində tikintisi davam edən DOST Mərkəzinin 2025-ci ilin ilk yarısında açılışı nəzərdə tutulub. Qeyd etmək lazımdır ki, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti tərəfindən Dövlət Proqramında nəzərdə tutulan Naxçıvan şəhərində DOST Mərkəzinin fəaliyyətə başlaması üçün həyata keçirilən müvafiq tədbirlərin icrası daim nəzarətdə saxlanılır.

XQ

Son xəbərlər