Fevralın 8-də “Azərkosmos”un Kosmik Akademiyasında Beynəlxalq Aerokosmik və Rəqəmsal İnnovasiyalar Forumu keçirilib. Azərbaycan Kosmik Agentliyinin, “Nargis” Fondunun və Britaniyanın Azərbaycandakı səfirliyinin dəstəyi və “Uşaqlarımıza öyrədək” İctimai Birliyinin təşkilatçılığı ilə keçirilən forumda orta məktəblərin yuxarı sinif şagirdləri iştirak ediblər.
Forumun keçirilməsində əsas məqsəd gənclərə müxtəlif mövzularda, əsasən təbiət və dayanıqlılıqla bağlı fikirlərini sərbəst ifadə etmək, innovativ layihələrini və yaradıcı ideyalarını nümayiş etdirmək üçün platforma yaratmaqdır.